Bakıda 6 aylıq körpəsini boğaraq öldürən Vüsal Əliyevə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Vüsal Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində hadisə zamanı içkili olduğunu, özündə olmadığını deyib.
Qeyd edək ki, V.Əliyev 6 aylıq oğlunun ağlamasına əsəbiləşərək onu yastıqla boğub. Hadisə bu ilin mayında baş verib.