Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Pensiyasına görə anasını öldürən qadına hökm oxundu

Pensiyasına görə anasını öldürən qadına hökm oxundu

Anasını onun pensiyasını ələ keçirmək məqsədilə öldürən Sədaqət Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Əsgərova 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, o, 2020-ci il oktyabrın 9-da anası Bənövşə Ələkbərovanı yastıqla boğaraq öldürüb. Müəyyən edilib ki, S.Əsgərova anasının əmək pensiyasını ələ keçirmək məqsədilə onu yastıqla boğaraq qəsdən öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, Bənövşə Ələkbərova yataq xəstəsi olub.