Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda qadını videosunu yayacağı ilə şantaj edən şəxs tutuldu

Bakıda qadını videosunu yayacağı ilə şantaj edən şəxs tutuldu Bakı şəhər sakini olan qadına hədə-qorxu gələn şəxs ələ keçirilib.   Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən videosunu yayacağı ilə hədələyərək qadından 7 000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.   Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.