Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub

"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub

Noyabrın 9-u Bakıda bıçaqlanaraq öldürülən Natiq Ramazanov Vətən müharibəsinin iştirakçısı olub.

Oxu.Az-ın məlumatına əsasən, Natiq Ramazanov bu ilin iyunun 24-də “Füzulinin azad olunmasına görə” medalı ilə təltif də olunub.

O, döyüşlərdə leytenant kimi iştirak edib.

 

Noyabrın 9-u saat 17:00 radələrində şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “TikTok” sosial şəbəkə hesabında yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb.

Bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.