Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Biseksual kişi qonşusunun başını kəsib, dəfninə getdi

Biseksual kişi qonşusunun başını kəsib, dəfninə getdi

Bakıda iki il əvvəl törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib. Hadisə 2019-cu il aprelin 17-də Şağan qəsəbəsində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, aprelin 17-i saat 10 radələrində kənd sakini Kənan Əhmədov qonşusu 33 yaşlı Kütahi Məlikovanın evdə tək olduğunu dəqiqiləşdirdikdən sonra, bıçaqla onun evinə daxil olub. Hər iki əli ilə qonşusunun boğazından tutub, boğmaq istədikdə, o əlindən çıxıb və evin giriş qapısına qaçıb. Kütahi Məlikovanı yerə yıxıb və kürək nahiyəsində oturmaqla, əvvəlcə qolu ilə, sonra otaqda olan tozsoranın naqili ilə onu boğmağa cəhd edib. Bu zaman qadın yenə də aktiv müqavimət göstərib. K. Məlikovanın həyatı üçün aman diləməsinə, yalvarışlarına baxmayaraq, Kənan onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Sonra evdə axtarış apararaq yataq otağındakı dolabdan 4 ədəd qızıl boyunbağı, 2 ədəd qolbaq, sırğalar, 8 ədəd üzük və 120 manatlıq “Samsung Galaxy” markalı mobil telefonu ələ keçirərək, hadisə yerindən qaçıb.

İstintaq fotosu 

İş üzrə dindirilmiş Kənan Əhmədov 2016-cı ilə qədər Naxçıvanda “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etdiyini bildirib. 2018-ci ilin yay aylarında yaşadığı Şağan qəsəbəsində qonşusu olan, Fəqani Məlikovla təxminən 2 ay səyyar xalça alveri ilə məşğul olub. Keçmiş hərbçi olduğu üçün 427 manat təqaüd alsa da, həmin məbləğ ehtiyaclarını ödəməyib. Yaşadığı ev kiçik olduğuna görə, həyətində başqa ev tikdirmək istəyib, amma maddi vəziyyəti buna imkan verməyib. Qonşusunun evində təxminən 5-10.000 manat arası pul olmasını düşünüb. Kənan aprelin 17-də planlaşdırıb ki, içəri girib, Fəqaninin arvadı Kütahini əlləri ilə boğaraq, öldürsün, sonra isə pul və qızıl-zinət əşyaları götürüb evdən çıxsın. Qadını öldürmək üçün əllərinə tikintidə istifadə olunan əlcək geyinib. Darvazanı açanda Fəqaniyə məxsus  avtomobilin həyətdə olmadığını görüb. Qapıya yaxınlaşıb, bir neçə dəfə Fəqanini səsləyərək evdə olub-olmadığına əmin olmaq istəyib.

Qətl olan ev

Aynabəndin pəncərəsinin yarıaçıq olduğunu görüb, səsdən başa düşüb ki, qadın tozsoran aparatı işlədərək, evi təmizləyir.

Aynabəndin qapısını açıb, evə girəndə Kütahi Məlikova aparatı saxlayaraq ona baxıb. Ondan yoldaşının evdə olub-olmadığını soruşduqda Kütahi Fəqaninin evdə olmadığını deyib. Şübhə doğurmamaq üçün qadına, öz evinə paltaryuyan maşın almaq, buna görə də onların evində olan aparatın markasına baxmaq istədiyini deyib. Mətbəxdə olan paltaryuyan maşına baxmaq istədiyini söylədikdə məqsədi vaxt qazanmaq və özünü toparlayaraq qadını qətlə yetirmək olub.

İstintaq fotosu

Aynabəndin pəncərəsini bağlayıb. Masanın üzərində sellofanın içərisində, tiyəsi karton kağıza keçirilmiş bıçağı görüb və onu, əynindəki gödəkcənin sol cibinə qoyub. Mətbəxdən çıxanda Kütahinin uşaq otağında olduğunu görüb və yaxınlaşarkən onunla qapıda üz-üzə gəlib. Pul lazım olduğunu bildirəndə, qadın qorxaraq geri çəkilib və qışqırmağa başlayıb. İki əli ilə cəld Kütahinin boğaz nahiyyəsindən tutub sıxmağa başlayıb. Müqavimət göstərərək, qaçmaq istəyəndə əynində olan qara rəngli gödəkcəsindən tutaraq onu özünə tərəf çəkib. Kürək nahiyəsində oturub, sağ qolunu boğaz nahiyəsinə keçirərək boğanda Kütahi Kənanın barmaqlarını dişləyib. Qadın müqavimət göstərdiyi üçün tozsoran aparatının naqilini boğazına keçirə bilməyib. Cibindəki bıçağın uşaqların otağının qapısının qarşısına düşdüyünü görüb. Kütahinin üzərindən qalxmadan, sol əlini uzadaraq tələsik həmin bıçağı götürüb. Boğaz, baş və çiyin nahiyələrinə çoxlu zərbələr endirib. Sürətli vurduğuna görə bıçağın tiyəsinin uc hissəsinin hətta Kütahinin boğazını kəsərək döşəmənin taxtasına dəyməsini hiss edib.

İstintaq fotosu

Kənanın fikrincə, əgər hadisəni görən olmasa, cinayət bağlı qalacaq və Fəqaninin ailəsi ilə münasibətləri çox yaxşı olduğuna görə, heç kim ondan şübhələnməyəcək. Yataq otağındakı şkafın siyirməsindən qızıl əşyalar tapıb.

Aynabənddə masanın üzərindəki mobil telefonu, bıçağı götürüb, evi tərk edib. Dərhal öz həyətinə daxil olub. Hamamda əl-üzünü yuduqdan sonra bıçağı və qızıl əşyaları evin yan tərəfində basdırıb.

İstintaq fotosu

Polis əməkdaşlarının hadisə yerinə gələcəklərini bilib qadının, həmçinin öz mobil telefonunu götürüb, evlərinin qarşısından keçən marşrut avtobusla “Koroğlu” metrostansiyasına gəlib. Kütahi Məlikovanın telefonunun sim kartını və yaddaş kartını ayaqyoluna atıb. Anası ona zəng vuraraq qonşularının öldürülməsi barədə eşitdiyini dedikdə, bundan xəbəri olmadığını bildirib. Daha sonra metroya düşərək qatarla “Neftçilər” stansiyasına gedib. “Maklerlər” toplaşdığı parkda mərhuma məxsus mobil telefonu iki hissəyə bölərək, bir hissəsini oturduğu oturacağın altına, digər hissəsini isə başqa oturacağın altına atıb. “Koroğlu” metrostasiyasına qayıdıb, ordan da taksi ilə Şağan qəsəbəsinə yollanıb.

İstintaq fotosu

Yaşadığı evin yanındakı mağazanın yanında düşüb, ora yığışmış vətəndaşlardan hadisə barədə maraqlanıb. Ekspertizadan sonra Kütahi Məlikovanın meyitini Şamaxı rayonun Bağırlı kəndinə aparıblar. Kənan da bacısının əri Zakirin idarə etdiyi avtomobillə ora gedib. Gödəkcəsinin cibində qalan əlcəkləri kənddə ayaqyoluna atıb. Aprelin 18-də öldürdüyü qadının dəfnində iştirak edib. Həmin gün Bakıya qayıdıb.

İstintaq fotosu

Ayın 19-da Yeni Yasamal qəsəbəsində yaşayan dayısıoğlu Pərvizə işləmək üçün Türkiyəyə gedəcəyini deyib və təqaüd kartını ona verərək banka olan borcunu necə ödəyəcəyini izah edib. Həmin gün zəng edən Xəzər rayon Polis İdarəsinin əməkdaşı harda olduğunu soruşduqda, ona yalandan əvvəl Şamaxıda, sonra isə Ağsuda olmasını deyib. İdarədə əlindəki xəsarətləri görsələr polislərin ondan şübhələnəcəyini düşünüb. Nəsimi rayonu ərazisində, özünə məxsus telefonun sim kartını çıxarıb tullayıb. “Neftçilər” metrosunun yanına gəlib, xatırlamadığı mağazada telefonu 70 manata satıb. Polis əməkdaşlarının onu axtardığını bildiyinə görə gecə avtobusla Gəncəyə gedib. Ayın 20-dən 27-dək Daşkəsən, Ağcabədi, Tərtər, Yevlax, Qazax, Biləsuvar rayonlarında və Mingəçevir şəhərində olub. Aprelin 27-də Bakı şəhərinə qayıdıb. Avtovağzaldan Nərimanov rayonuna gedib, kirayə ev axtarmaqda məqsədi evdə özünü öldürmək olub. Amma ev tapa bilmədiyinə görə təkrar avtovağzala qayıdıb və orada polis əməkdaşları tərəfindən həbs edilib.

İstintaq fotosu

Kənan Əhmədov əlavə edib ki, hərbi xidmətdən tərxis olunandan sonra onda cinsi zəiflik yaranıb. Kişilərin onunla intim münasibətdə olmasını xoşlayıb. Hətta tanışlıq saytlarından birində bir neçə kişi ilə tanış olaraq, onlarla evlərində görüşüb və cinsi əlaqədə olub.

İstintaq fotosu
  
Məhkəmə hesab edib ki, Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum olunub.

İstintaq fotosu