Bakı Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonu Xanqərvənd kənd sakini, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Bəhruz Məmmədov barəsində Cinayət Məcəlləsinin 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri-təkrar törədildikdə), 182.2.2 və 182.2.3 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə, zor tətbiq etməklə törədildikdə) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə ailəli, 2 uşaq atası olan Bəhruzun qəsəbədə yaşayan məktəbli oğlana qarşı seksual xarakterli zorakılıq əməlləri törətməsi və onunla zorla Samir Əliyev küçəsində yerləşən Bakı şəhəri 316 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirəngidə cinsi əlaqədə olması üzə çıxıb.
Belə ki, Elsevərdən (şərti adlı) fiziki cəhətdən güclü olan Bəhruz dostlarının yanında onu döyrək guya başqalarının qızı barəsində pis söz danışmasını bəhanə edərək seksual xarakterli zorakılıq hərəkətləri törədib. Bu əməllər 2021-ci ilin yanvar ayında 2 dəfə təkrarlanıb. Təqsirləndirilən şəxs həmçinin məktəbli oğlanı ailə üzvlərinin gözü qarşısında zorlayacağı, onu biabır edəcəyini deyərək ona simsiz qulaqlıq alıb verməsini hədə-qorxu ilə tələb edib.
Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib və hadisəvaxtı içkili olduğunu deyib. O, həmçinin əlavə edib ki, başqalarının ailəsi haqqında pis söz danışan şəxsləri cəzalandırmaq üçün onları zorlamaq kimi ideyası var və bu ideyasına sadiq qalaraq yetkinlik yaşına çatmayan Elsevəri zorlayıb. O, hətta Elsevərin digər dostlarının yanında onu zorladığını bildirərək, gələcəkdə də bu tip əməllər törədə biləcəyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Bəhruz Məmmədova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.