Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Atası və qardaşı qətlə görə həbsdə olan Nuroğlu 32 kq narkotiklə tutuldu

Atası və qardaşı qətlə görə həbsdə olan Nuroğlu 32 kq narkotiklə tutuldu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları narkokuryerliyə cəlb olunan 2 nəfəri saxlayıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 32 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb

Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın “patı”, “şüşə” adlanıdırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.

Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər.
 

Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib. Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan təsdbiri seçilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fərhad Nuroğlu hazırda qardaşını qətlə yetirdməkdə ittiham edilərək həbs edilən Nürəddin Kərimovun oğludur. Onun digər qardaşı Kənan Nuroğlu da həmin qərtlə görə həbs edilib. Onlar Şəmsəddin Kərimovu və onun oğlu Elməddini güllələyərək öldürməkdə təqsirləndirilirlər.

Qətldən öncə Kənan və Fərhad Nuroğlu qardaşları narkotik vasitələrin daşınmasında şübhəli bilinərək tutulsalar da, sonradan sərbəst buraxılmışdılar.