Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda arvadını bıçaqlayan şəxs 14 il müddətinə azadlıqdan məhrum edildi

Bakıda arvadını bıçaqlayan şəxs 14 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H.Məmmədov arvadına qısqanclıq zəminində 5 yaşlı övladının gözünün qarşısında bıçaqla zərbələr vurub.

Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. H.Məmmədov tutularaq istintaqa təhvil verilib.

///Trend