Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bir də gördüm müdirlə yataq otağındayam...” - BAKIDA İLK İŞ GÜNÜ QƏRİBƏ OLAY

“Bir də gördüm müdirlə yataq otağındayam...” - BAKIDA İLK İŞ GÜNÜ QƏRİBƏ OLAY Əynimizi geyinən zaman Firuzə yenə telefonla yazışırdı. Artıq şübhələndim, Firuzədən bayaqdan kiminlə yazışdığını soruşdum. Firuzə mənə dedi ki, əri hər şeyi bildi, burada mənimlə cinsi əlaqədə olduğumu da. Ondan nə üçün cinsi əlaqədə olmağımızı ərinə dediyini soruşdum. Biz həyətə düşdük. Bir qədər yuxarı getdikdən sonra sağollaşdıq. Mən piyada öz mağazama getdim”.

Familin ifadəsinə görə, daha sonra ona Firuzənin telefonundan zəng gəlib: "Telefonu açdıqda mənə bir tanımadığım oğlan dedi ki, yoldan keçən zaman telefonun sahibi xanımın ağladığını görüb, ona görə yığıb. Bildirdim ki, qızın ya atasına, ya da ərinə yığsınlar, qızın heç nəyi deyiləm.

 

Mağazada mənə qayınanasının nömrəsindən zəng gəldi. Mənə təhqirlər yağdırdı ki, niyə onun gəlinin zorlamışam. Mən isə Firuzəni zorlamadığımı sübut etmək üçün onun evdə çılpaq halda çəkdiyim videogörüntüsünü qaynanasına göndərdim. Videoya baxdıqdan sonra qayınanası mənə zəng etdi, dedi ki, gəlininin heç bir günahı yoxdur. Sonra sübut üçün Firuzə ilə bir neçə günlük yazışmalarımızın şəklini də ona göndərdim”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Firuzənin qaynanası onu, o da Firuzənin qayınanasının nömrəsini bloka atıb: "Firuzədən əvvəl bir dəfə başqa bir tanış qızı da həmin evə aparmışam. Firuzəni zorlamamışam. Aramızda baş verən hər şey könüllü olub. Bu barədə yazışmalarımız da olub”.

 

Famil ifadəsinin sonunda barəsində Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş edib.

 

"Mənə qayğı göstərmədilər”

 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Firuzənin sözlərinə görə, 2018-ci ildə Mədətlə ailə qurub, birgə nikahlarından qız övladı var: "Mədətlə bir-birimizi sevdiyimiz üçün qoşularaq qaçmışıq. Daha sonra ailələrimizin razılığı əsasında ailə qurmuşuq.

 

Ailə qurduqdan 1-2 ay sonra ərimlə və ərimin valideynləri ilə arada narazılıqlar. Onlar mənə öz gəlinləri olaraq yaxşı qayğı göstərmədilər. Lazım olduqda paltar almır, digər əşyaları qaynanası almağa qoymurdu. Sanki özlərinə pul xərcləsələr də, mənə pul xərcləməyə əlləri gəlmirdi”.

 

"Gördüm ki, həmin adam mənə tanışdır”

 

Firuzənin bildirdiyinə görə, təxminən bu il aprelin 3-də internet vasitəsilə iş elanlarına baxıb: "Bir ətir dükanında işçi tələb olunduğunu gördüm və nömrəni götürərək vatsap vasitəsilə yazdım ki, işə düzəlmək istəyirəm. Nömrəni telefonuna qeyd edən zaman profil şəklinə baxdım. Gördüm ki, həmin adam mənə tanışdır, 1 il əvvəl də iş axtaran zaman həmin adamın iş elanını görüb, ona müraciət etmişəm. Lakin həmin vaxt qaynanamgil razı olmadığı üçün işə düzəlmədim. Yəni həmin oğlanın nömrəsinə təsadüf nəticəsində yenə müraciət etdim.

 

Onunla söhbət etdim, mağazasının harada yerləşdiyini soruşdum. Bildirdi ki, ətir mağazası Həzi Aslanov metrostansıyası yaxınlığında yerləşən "Neptun” marketin içərisindədir. Mən isə ona dedim ki, Həzi Aslanov uzaqdır, əgər Nərimanov rayonu ərazisində mağazası varsa, orada satıcı işləmək istəyərəm”.

 

"Bildirdim ki, ailəli adamam, sevgili ola bilmərəm”

Firuzə deyib ki, adını sonradan Famil olduğunu bildiyi şəxs ihazırda Nərimanov rayonu ərazisində mağazası olmadığını, amma 1 həftəyə orada mağaza açaçaqlarını deyib: "Mən isə Nərimanov rayonu ərazisində mağaza açıldığı zaman gedərək orada işləyəcəyimi dedim.

 

Həmin ərəfədə ərim Mədətlə evdə münasibətlərimiz həddən artıq kəskinləşdi. Evdə mütəmadi ailədaxili münaqişələrimiz olurdu. O günlərdə Famil mənə yazdı ki, bır etiraf etmək istəyirəm, səndən xoşum gəlir. Mən isə bildirdim ki, ailəli adamam, övladım var, sevgili ola bilmərəm”.

 

"Dedim ki, işçi-müdir münasibətində qalaq”

 

Firuzənin sözlərinə görə, bundan bir neçə gün sonra ara-sıra Famillə yazışmağa davam edib: "Ərimlə ailədaxili problemlərdən sıxıldığım üçün vatsapda duruma qəmli şəkillər qoymuşdum. Famil də bunun səbəbini məndən soruşdu. Dərdimi danışmağa adam axtarmış kimi Familə ailə problemlərimi söz açdım.

 

Familə isə mənə bildirdi ki, əgər ailən ürəyincə deyilsə, boşan, səni qəbul edərəm, gələcəkdə evlənərik, necə istəyirsən, elə də münasibətlərimiz olar. Mən bunun mümkün olmadığını bildirdim və ona hələ tam inanmadığımı dedim. Famil mənə hətta boşanmaq üçün vəkil də tuta biləcəyini söylədi. Mən isə övladıma görə boşanmaq istəmədiyimi bildirdim. Familə dedim ki, elə yaxşısı işçi-müdir münasibətində qalaq.

 

Bir neçə günlük söhbətdən sonra bildirdim ki, qaynanam yenə işləməyimə razılıq vermir. Familə dedim ki, telefonunu verim, qaynanamla danış, ondan razılıq al ki, işə düzəlməyə icazə versin. Tapşırdım ki, qaynanamla yazışsa və ya danışsa, mənim adımı çəkəndə işçi-müdir formasında rəsmi danışsın, bilməsinlər ki, biz səmimi yazışırıq.

 

Famil qaynanamla danışdı və qərara aldıq ki, Həzi Aslanovdakı mağazaya bir neçə gün gedib, işi öyrənək. Qaynanam məni ora göndərəndə öz qızını və qızının rəfiqəsini də mənimlə birlikdə göndərdi. Mağazaya çatdıqda Famil bizi qarşıladı. Orada ətir dükanında oturaraq satış dəftərində qiymətlərə baxdıq. Bir qədər sonra baldızım və rəfiqəsi getdilər”.

 

"Gözümü açdıqda gördüm ki, Famillə yataqda cinsi əlaqədə oluruq”

 

Firuzənin bildirdiyinə görə, Famil onu evə dəvət edib: "Cavab verdim ki, onunla evə gedə bilməyəcəm. O da dedi kı, gedib evdə danışaq, onsuz da bu sırf işlə bağlı danışıqdır. Mağazanın qarşısında Familə bir daha bildirdim ki, onunla sevgili ola bilmərəm, ailəliyım, qorxuram belə şeydən.

 

Bundan sonra Famil qaynanama yığaraq dedi ki, məni yola salır, gəlirəm. Famil taksi çağırdı və biz taksiyə oturduq. Yolda olan zaman gördüm ki, taksi bizim evimizə tərəf getmir. Lakin bir söz demədim. Taksidən düşdükdə Familə dedim ki, nə üçün məni başqa yerə gətirdin? Bildirdi ki, evdən ətirlərin yazılı siyahısını mənə verəcək.

Təklif etdi ki, gəl sən də mənimlə mənzilə qalx. Bildirdim ki, aşağıda gözləyəcəm. Həyəcanlananda və gərgin olanda beynim qarışırı, gözüm qaralır, özümü itirirəm. Həmin vaxt elə də oldu. Bir də gözümü açdıqda gördüm ki, Famillə evdə yataqda cinsi əlaqədə oluruq.

 

Famili itələdim, özümdən uzaqlaşdırdım. Həmin vaxt telefonuma da zəng gəlirdi. Telefonunu götürdüm, Familə dedim kı, anam zəng edir, ona hər şeyi danışacam”.

 

"Ərimə yazdım ki, müdir məni evinə gətirib, zorlayır”

 

Firuzənin sözlərinə görə, sən demə, Famil bu zaman onu çılpaq halda mobil telefonunun kamerası ilə videoya çəkib: "Famil mənə "anana zəng et, de ki, hər şey yaxşıdır, yoxsa videogörüntün var” dedi. Anama məcbur qalaraq dedim ki, işdəyəm, hər şey yaxşıdır. Famil isə mənə dedi ki, videogörüntün var, kiməsə nəsə desən, videoları göstərəcək, deyəcək ki, könüllü onunla cinsi əlaqədə olmuşam.

 

Telefonumu Famildən aldım, ərimə yazdım ki, müdir məni evinə gətirib, zorlayır. Famil mənimlə həm iradəm ziddinə təbii, həm qeyri-təbii yolla cinsi əlaqədə oldu. Daha sonra Famil dedi ki, durub geyinib gedək. Mən isə dedim ki, getməyəcəm, qoy ərim gəlsin, hər şeyi görsün. Famil pəncərəni göstərdi, dedi ki, özünü öldürmək istəyirsənsə, pəncərədən özünü aşağı at”.

 

"Dedi ki, video və şəkilləri tanışlarına göndərəcək”

 

Firuzənin ifadəsinə görə, Famil onun telefonunu da götürüb və mənzildən çıxıb: "Onun arxasınca getdim, telefonumu istədim. Dedi ki, telefonu verir, amma kiməsə desəm və o, istədiyi zaman gələrək onunla cinsi əlaqədə olmasam, bu video və şəkilləri tanışlarıma göndərəcək.

 

Bundan sonra mənə metro istiqamətini göstərdi, özü getdi. Mən atamla danışdım, olduğum yeri təxmini atama dedim. Bir müddət sonra atam və ərim ora gəldilər. Hadisəni onlara danışdım. Atam da "102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra polislər gələrək məsələni araşdırmağa başladı. Familin mənə evlənəcəyimizlə bağlı vədlər verdiyini və məni zorladığını dedim”.

 

Bu cinayət işinə Xətai rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədrliyi ilə baxılıb.

 

Məhkəmənin hökmü ilə Familin barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan dilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-cı il tarixli qərarı tətbiq edilib.

 

Famil cinayət məsuliyyətindən azad edilib və barəsində olan Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilib.

 

Familin barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.

 

///Teleqraf.com