Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Cinsi azlıq videosunu çəkən şəxsi qətlə yetirdi - ŞOK TƏFƏRRÜAT

Cinsi azlıq videosunu çəkən şəxsi qətlə yetirdi - ŞOK TƏFƏRRÜAT

Bakıda bir neçə ay öncə cinsi azlığın qətlə yetirilməsinin səbəbi məlum olub.

Baş Prokurorluqdan verilən məlumata görə, avqustun 22-də Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.

Müəyyən edilib ki, 18 avqust 2021-ci il tarixdə zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev, Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilib.