Bildirilib ki, hadisə Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanında baş verib.
Araşdırma zamanı məlum olub ki, Laləzər Kərimlini qaynı Səbuhi Kərimov bıçaqlayaraq, hadisə yerindən qaçıb. Ağır yaralanan qadın xəstəxanaya aparılarkən ölüb. Ayın 27-nə keçən gecə Səbuhi Kərimov şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təqdim edilib.
Qaradağ Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Laləzar Kərimlinin ölümünə sağ ağciyərin, böyrəyin və sol kürəkaltı nahiyənin zədələnməsindən törənən kəskin daxili və xarici qanitirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, Səbuhi Kərimov qardaşı Həbib Kərimlinin həyat yoldaşı Laləzar Kərimlinin qonşuluqda yaşayan Əli Əliyevlə sevgi münasibətində olması haqda məlumat əldə etdikdən sonra qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə martın 26-sı saat 20:00 radələrində qardaşı oğlu Kərim Kərimli ilə birlikdə bacısı Mehriban Bəkirzadənin yaşadığı Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanına gəlib. Yardımçı tikilinin mətbəx otağına daxil olaraq, Laləzər Kərimliyə arxadan yaxınlaşıb, sol əli ilə boyun nahiyəsindən tutub və sağ əlində saxladığı mətbəx bıçağı ilə ümumilikdə ona 11 dəfə zərbə endirib, zərərçəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Səbuhi Kərimov bildirib ki, hadisədən bir neçə gün əvvəl Laləzərin xəyanət etməsini qardaşı Həbib özü ona danışıb. Eşitdiklərinə inanmayan Kərim bu haqda Laləzərlə söhbət etmək niyyətinə düşüb və onun Qobustan qəsəbəsində müvəqqəti yerləşdiyi bacısı evinə gəlib. Səbuhi ilə Laləzər arasında olan söz-söhbətin sonu bıçaqlanma ilə nəticələnib. Məhkəmə iclasında Səbuhi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini xahiş edib.
Məhkəmə Səbuhi Kərimovun Laləzər Kərimlini öldürmək istəməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşıb və bunu özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.