Şirvan sakini bacısını qətlə yetirərək basdırıb.
Əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbiristanlığında dəfn edib.
Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları tərəfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.
Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxlanılıb.
Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır.