Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Evə sərxoş gələn qadın sevgilisini çəngəllə vurdu - BAKIDA

Evə sərxoş gələn qadın sevgilisini çəngəllə vurdu - BAKIDA

Bakıda evə sərxoş gələn qadın ona etiraz edən sevgilisini çəngəl ilə vuraraq xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 7-dən 8-nə keçən gecə Nizami rayonunda baş verib.

 

Sabirabad sakini olan 38 yaşlı Aynur Kərimova (şərti) fevralın 7-də iş yoldaşının doğum günü məclisində iştirak edib və orada spirtli içki qıbul edib.

O Məhkəmədə ifadəsində özünü təqsirli bilərək qeyd edib ki, gecə saat 1-ə işləmiş evə gələnsə qeyri-rəsmi nikah münasibətində olduğu Qalibin yatdığını görüb: “Mobil telefonumda yüksək səslə musiqiyə qulaq asıdrdım. Bu vaxt Qalib oyandı və məndən musiqinin kəsini kəsməyimi tələb etdi. Buna görə mübahisə etdik, stolun üstündəki çəngəli götürüb onu qorxutmaq üçün fırladanda sifətinə və boynuna xəsarət yetirdim. Peşmanam, Qaliblə barışmışıq, ona dəyən zərəri ödəmişəm”.

A.Kərimovanın sevgilisi Qalib də artıq onunla barışdığını və şikayətinin olmadığını bildirib.

Ekspertin rəyinə görə, A.Kərimova çəngəllə Qalibin üst dodağından, sol yanağından və qolağından, boynundan xəsarətlər yetirib. O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə tərəflərin barışdığını və şikayətin olmadığını nəzərə alaraq, sadələşdirilmiş icraat qaydasında işə xitam verib.