SHOWNEWS.AZ xəbər verir ki, 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Z. N.-ya zor tətbiq edərək 20 manatını alıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hasil Cəlilov və Rafiq Əfəndiyev saxlanılıblar.
Şübhəli şəxslər törətdikləri cinayəti etiraf ediblər.
Onlar yüngül həyat tərzi keçirən qadını gecə saatlarında küçəyə çağırıblar. Küçədə qadını döyərək, pulunu əlindən alıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Publika.az