Ana ilə oğul qəzada öldü - SƏLYANDA DƏHŞƏTLİ AVTOMOBİL QƏZASI FOTOLAR
Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
SHOWNEWS.AZ APA-ya istinadən xəbərinə görə, hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb.
“VAZ 21 015” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.
***
Bu gün Salyan rayonunda baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub
Bu, 1987-cu il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlu və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızıdır.
Faktla bağlı araşdırma davam etdirilir.