SHOWNEWS.AZ milli.az-a istinadən xəbər verir ki, iki qadınla eyni evdə yaşayıb, növbəylə onlarla yatan 43 yaşlı kişi qısqanclıq səbəbindən öldürülüb.
Ankarada yaşayan 43 yaşlı Önder Çelik 34 yaşlı Seher Çelik ilə evləndikdən 2 il sonra 40 yaşlı sevgilisi Gül Yeşim Kavuştuku da eyni evə gətirib. Onlar eyni evdə uzun müddət birlikdə yaşayıblar. Önder Çelik növbəylə qadınlarla yatıb. Lakin iki gün ard-arda eyni qadınla yatdığına görə digəri bunu qısqanıb və sevgilisi Önderi ürəyindən bıçaqlayıb.
"Gecəni mənimlə keçirməliydi, axşam mənim otağıma gəlmədi. Mənim növbəmdir, niyə gəlmədin dedim. Dalaşdıq, məni söydü, mətbəxdən bıçağı götürüb özümü qorumaq üçün bıçaqladım, məqsədim öldürmək deyildi", - Gül Yeşim Kavuştuk ifadəsində söyləyib.