Dekabrın 2-də saat 22 radələrində Beyləqan rayonu Tatallar kəndində bir ailənin üzvləri - ata, ana və 2 oğlu ov tüfəngi ilə öldürülüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən SHOWNEWS.AZ-a bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü ( 1971-ci il təvəllüd Tərgül Quliyeva, 1966-cı il Nadir Quliyev, 1996-cı il Amin Quluzadə, 2002-ci il Xəyal Quluzadə) öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.