Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Fahişə kimi evinə gətirdiyi kişi çıxdı: 10 bıçaq zərbəsi... - Bakıda ŞOK CİNAYƏT

Fahişə kimi evinə gətirdiyi kişi çıxdı: 10 bıçaq zərbəsi... - Bakıda ŞOK CİNAYƏT

CİNAYƏT İŞİ

Qısa arayış...

2020-ci il iyunun 19-da Xətai rayonu Sarayevo küçəsi, 13B saylı evin 73 nömrəli mənzilində üzərində bıçaq xəsarətləri ilə Ağcabədi rayon sakini 1992-ci il təvəllüdlü Boran Məmmədovun meyiti aşkar olunub. Məlumatla əlaqədar prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. 

Məlum olub ki, həmin mənzildə kirayədə qalan 1984-cü il təvəllüdlü Kənan Abdurahmanov gecə cinayəti törədəndən sonra Kürdəmir rayonuna gedib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Boran Məmmədovun meyitiində 10 bıçaq yarası aşkar edilib.

İyunun 20-i səhər saat 8 radələrində Kürdəmirdə, valideynlərinin yaşadığı evdə Kənan Abdurahmanov polis əməkdaşlarına təslim olub.

Hadisə olan bina

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Kənan iyunun 19-u gecə saat 2 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında dayanan, cinsi azlığa mənsub Boran Məmmədovun yüngül həyat tərzi keçirən qadın olduğunu zənn edib. Onu 50 manat pul müqabilində cinsi əlaqədə olmağa razı salıb. Taksi ilə Xətai rayonunda kirayədə yaşadığı mənzilə gətirib. Söhbət zamanı Boran Məmmədov qadın olmadığını bildirdikdə, Kənan onunla intim əlaqədə olmaqdan imtina edib və çıxıb getməsi üçün Borana 36 manat pul verib. Həmin şəxs razılaşmayıb 100 manat tələb edəndə aralarında mübahisə yaranıb.

Boran Məmmədov

Boran Məmmədov Kənanı itələyib yerə yıxıb. Daha sonra dəhlizdən götürdüyü bıçaqla Kənanı vurmaq istəyib. K. Abdurahmanov isə bıçağın qarşısını sağ əli ilə tutub və təpiklə Boranın qarnından vurub. Boran Məmmədovu özündən uzaqlaşdırdıqdan sonra, Kənan yerə düşmüş bıçağı göturüb. Mənzilindən çıxmaq istəyən Borana arxadan yaxınlaşıb qisas məqsədi ilə bıçaqla belinə və boğazına xəsarətlər yetirib. Yaralanmasına baxmayaraq Boran Məmmədov qapını açaraq, blokun çıxışına doğru qaçıb. Çatıb, həmin şəxsə kəsici alətlə çoxsaylı xəsarətlər yetirib. Bu hərəkəti ilə, Kənan Abdurahmanov Boranı öldürüb.
 
İş üzrə dindirilmiş Kənan Abdurahmanov bildirib ki, 2000-ci ildə Bakı şəhərinə gələrək, qapı-pəncərə hazırlanması işi ilə məşğul olub. 2013-cü ildə ailə həyatı qurub, himayəsində 2 azyaşlı övladı var:

Kənan Abdurahmanov

“Hadisədən 1 il əvvəl arvadımdan ayrı yaşamağa başlamışdım. Xətai rayonu, Sarayevo küçəsi, 13B saylı evin 73 nömrəli mənzildə kirayədə yaşayırdım. 2020-ci ilin aprel ayından mütəmadi spirtli içki qəbul edirdim. İyunun 18-i saat 21 radələrində iş yoldaşım Ruslan Əhmədovla birlikdə işdən çıxıb kafedə pivə içdik. Sonradan Ruslanın Yeni Yasamalda yaşadığı mənzilə gedib orda da içdik. 

Kefim yaxşı olduğundan əylənmək fıkrinə düşdüm. Gecə saat 1 radələrində Ruslan mənim üçün taksi sifariş verdi. Sürücüyə avtomobili “Neftçilər” metrostansiyasının yaxınlığında sürməsini tapşırdım. Metronun yanında dayanan qadınlardan birini yaşadığım mənzilə aparmaq istədim. Maşından düşüb Boran Məmmədova yaxınlaşdım. Həmin an onun qadın olduğunu güman etdim. Boran göstərəcəyi xidmətə görə, 50 manat pul istədi. Razılaşdıq. Təxminən 2.30-da həmin taksi ilə məhəlləyə gəlib mənzilə qalxdıq. Pivə içərək, yarım saata yaxın söhbət etdik. Qadın pulu əvvəlcədən istədikdə, ondan “soyunmasını” tələb etdim. Amma o, təkidlə pulu əvvəlcədən verməyimi və əslində qadın geyimində kişilərə intim xidmət göstərdiyini bildirdi. Boran Məmmədovun saçı uzun idi, üzdən də qadına oxşayırdı. Bu səbəbdən onu görəndə kişi olmasını güman etmədim. Qadın olmadığını bilən kimi, onunla cinsi əlaqədə olmaq fikrindən daşındım. 36 manat pul verib mədəni şəkildə çıxıb getməsini dedim. Lakin Boran onun vaxtını aldığım üçün 100 manat verməli olduğumu bildirdi. Aramızda mübahisə yarandı. Borana pul verməyəcəyimi deyəndə, o, qışqırdı və məndən polisə şikayət edəcəyini dedi”.

Boran Məmmədov

Əli ilə sinəsindən möhkəm itələdikdə o, arxasındakı stula ilişib yerə yıxılıb. Boran mətbəx bıçağını götürüb, üstünə gəlib və ona zərbə vurub:

“Sağ əlimlə bıçağı tutanda, barmaqlarım kəsildi. Sol əlimlə bıçağı Boranın əlindən almağa çalışdım.,Qarnına təpiklə zərbə vurduqda, o, dəhlizdə arxası üstə yıxıldı. Yerə düşən bıçağı götürəndə, Boran bunu görüb qapıya tərəf qaçdı. Çatıb birinci sağ belindən zərbə vurdum. Sonra boğazına və sinəsinə xəsarətlər yetirdim. Boran blokun çıxışına doğru qaçarkən, kürəyinə ardıcıl zərbələr endirdim. Yaralanan şəxs blokdan çıxıb yerə yıxıldı. Onu sürüyüb, mənzilə gətirdim.

Borana verdiyim 36 manatı çantasından götürdüm. Sonra bir vedrə su götürüb, küçədə və blokda olan qan ləkələrini yumağa başladım. İş yoldaşım Bayrama zəng edib təcili yanıma gəlməsini xahiş etsəm də, o, yorğun olduğunu və gələ bilməyəcəyini dedi. Əmim oğlu Rəşada zəng vurduqda, o, cavab vermədi. Yeznəm Mehman Hüseynova zəng etdim. Ona yaşadığım evə gəlməsini bildirdim. Mehman səhər saat 4-də gəlib çatanda, mənim blokun qarşısını yuduğumu gördü.

Boranın meyiti

Mehmana adam öldürdüyümü və meyitin evdə olduğunu dedim. Mehman mənzilə girmədi, mənə polisə təslim olmağımı məsləhət gördü və çıxıb getdi. Əslində meyiti aparıb harasa atmaq və bu işi gizlətmək fikrində idim. Lakin cəsəd ağır olduğundan, həm də hava işıqlanmağa başladığından hadisəni gizlədə bilməyəcəyimi başa düşdüm və qaçmaq qərarına gəldim. Şalvarım və köynəyim qana bulaşdığından, paltarları çıxarıb otağa tulladım. Bıçağı, mərhumun əl çantasını, ayaqqabılarını, içdiyi içkilərin qablarını sellofan paketə yığıb həmin küçədə olan zibil qutusuna tulladım. Saat 13 radələrində “20 Yanvar” metrosunun yaxınlığından yol maşını ilə Kürdəmir rayonuna yollandım. Ailə üzvlərim mənim cinayət törətməyimdən artıq xəbərdar olmuşdular. Atam polisə təslim olmağımı bildirsə də, evdən çıxıb iyunun 20-i səhərə gədər qonşuluqda yerləşən kimsəsiz tikilidə gizləndim. Sonra evə gedib, ailə üzvlərimlə sağollaşdım”.

İstintaq fotosu

Atası polisə zəng etdikdən sonra, əməkdaşlar onu evdən götürüb Bakıya gətiriblər. Kənan Abdurahmanov qeyd edib ki, baş verən hadisəyə görə təəsüflənir. Əməlindən çox peşmandır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Ruslan Məmmədov ifadəsində göstərib ki, qardaşı Boran Məmmədov ailəli olmayıb:

“2007-ci ildən Bakıya köçərək, müxtəlif tikintilərdə fəhlə kimi çalışırdım. 2010-2012-ci illərdə hərbi xidmətdə olmuşam. 2015-ci ildə anam Boranda qəribəlik hiss etdiyini bildirdi. Belə ki, o, evə gec gəlirdi, bəzi hallarda isə ümumiyyətlə gəlmirdi. Bəzi tanışlarım qardaşımı gecələr cinsi azlıqların dayandığı yerlərdə görmüşdülər. Boranla bu barədə söhbət etdikdə o, kişilərlə pul qarşılığında intim əlaqədə olmasını etiraf etmişdi. 2017-ci ilə kimi Boran yaşadığımız evə gəlib-gedirdi. Anamın yanında kişi paltarları geyinirdi. Bir neçə dəfə şəxsən özüm də qardaşımın qadın paltarı geyinərək, küçədə dayanıb müştəri gözlədiyini görmüşəm. Anam vəfat edəndən sonra Boran rayona gəlmədi. Qardaşımın seçdiyi yolu qəbul etmədiyimdən, özüm də onunla əlaqə saxlamadım. 2020-ci il iyunun 20-də Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşı mənə zəng edərək, Boranın bir gün əvvəl inzibati ərazidə Kənan adlı şəxs tərəfindən öldürülməsi barədə məlumat verdi”.

İstintaq fotosu

Şahid Vüsal Mustafayev bildirib ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğuldur:

“İyunun 19-u gecə saat 1-də Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən binanın qarşısından Xətai rayonu, Sarayevo küçəsinə sifariş aldım. Yolda gedərkən Kənan Abdurahmanovun sərxoş olduğunu hiss etdim. Avtomobili Qələbə dairəsindən, Ziya Bünyadov prospektinə, ordan isə Qara Qarayev metrosu istiqamətində sürürdüm. Yol kənarında Kənan qısa geyimli qızları görüb, uzun müddətdir ki, intim əlaqədə olmadığını deyirdi və nəqliyyat vasitəsini “Neftçilər” metrosundan Bakıxanov qəsəbəsinə gedən yol tərəfə sürməyimi xahiş etdi. Ora çatandan sonra Kənan maşından çıxıb, 2 qadına yaxınlaşdı və danışıb, onlardan biri ilə avtomobilə əyləşdi. Onları Sarayevo küçəsində düşürdüm. Kənan mənə 10 manat xidmət haqqı ödədi.

Polis bölməsinə çağırılanda öldürülən şəxsin Boran Məmmədov olduğunu bildim”.

Qətl törədilən bıçaq

Şahid Raisa Sultanova ifadəsində göstərib ki, qonşuluqda yaşayan Kənan Abdurahmanovu işləyən, sakit həyat tərzi keçirən şəxs kimi tanıyıb:

“İyunun 19-u gecə saat 3 radələrində blokdan qışqırıq səsi eşitdim. Pəncərədən baxanda blokun qarşısında qadının yerə yıxıldığını, kişinin isə onu blokun içərisinə sürüdüyünü gördüm. Qapının gözlüyündən baxıb, onların yuxarı qalxmadıqlarını gördüm. 1-ci mərtəbədə yalnız Kənan yaşayırdı, digər mənzildə yaşayış yox idi.

Dərhal 102 xidmətinə zəng edib gördüklərimi əməkdaşa danışdım. Saat 3:15-də məhəllənin işıqları söndü. Pəncərədən həyətə baxmağa davam edirdim. Həmin şəxsin blokun qarşısında olan qanı su ilə təmizlədiyini gördüm. 10 dəqiqədən sonra polis əməkdaşları gəlib ətrafa baxsalar da, şübhəli heç nə aşkar etməyib çıxıb getdilər. Həmin vaxt blokun qarşısını yuyan şəxs gizlənmişdi. Səhər növbəti dəfə gələn polis əməkdaşları Kənanın yaşadığı mənzildə üzərində bıçaq xəsarətləri ilə kişi meyit aşkar etdilər”.
  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Abdurahmanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.