Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qıza görə bir nəfər öldürdü, iki nəfəri xəstəxanalıq etdi - Bakıdakı dəhşətli hadisənin təfərrüatı

Qıza görə bir nəfər öldürdü, iki nəfəri xəstəxanalıq etdi - Bakıdakı dəhşətli hadisənin təfərrüatı

Bakının Xətai rayonu, "NZS qəsəbəsi” adlanan ərazidə üç nəfərin bıçaqlanması ilə nəticələnən davanın bəzi detalları məlum olub.

Hadisə qəsəbə ərazisində fəaliyyət göstərən 165 saylı tam orta məktəbin yaxınlığındakı küçədə baş verib. İnsident qız söhbəti üstündə olub.

Məlumata görə, hadisə nəticəsində qətlə yetirilən 2004-cü il təvəllüdlü Nemət Həsənov dalaşanlar arasında olmayıb. Belə ki, NZS qəsəbə sakini, 2005-ci il təvəllüdlü Fərid Əhmədli ilə həmyaşıdı Orxan Hüseynov arasında qız üstündə mübahisə olub. Mübahisə nəticəsində O.Hüseynov və F.Əhmədli dalaşıb və yaxınlıqdakı şəxslərin köməyi ilə tərəflər sakitləşdirilib. 

Axşam saatlarında hər iki şəxs yenidən mübahisə edib və onlar axşam saat 23 radələrində 165 saylı orta məktəbin yanında söhbəti həll etmək üçün görüş təyin ediblər. Növbəti mübahisə yenidən davaya çevrilib və bu vaxt F.Əhmədli O.Hüseynovu bıçaqlayıb. Həmin vaxt ərazidə olan Xalid Nəbiyev və Nemət Həsənov F.Əhmədliyə mane olmağa çalışıblar. F.Əhmədli isə X.Nəbiyevi qarın nahiyəsindən, N.Həsənovu isə ürəyindən bıçaqlayıb. Nəticədə Nemət Həsənov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

///Trend