Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Millət vəkilinin maşınını partlatdılar - 9 nəfər öldü

Millət vəkilinin maşınını partlatdılar - 9 nəfər öldü Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində ən azı 9 nəfər ölüb. Unikal.org xəbər verir ki, bu barədə Tolo News telekanalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrə görə, partlayış Spin Kalay meydanında baş verib. Partlayışın hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub. Millət vəkilinin sağ olduğu bildirilir. Hadisə nəticəsində doqquz nəfər ölüb, altı nəfər yaralanıb.