Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub.
Oxu.az xəbər verir ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb. Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.




