Xəbər verdiyimiz kimi, tanınmış bloger Sabina Katanovanın piyadanı vurub qaçması deyilirdi.
Mövzu ilə bağlı S. Katanova SHOWNEWS.AZ saytına eksklüziv açıqlama verib və hadisə baş verdiyi anın görüntülərini təqdim edib. Bloger hadisə vaxtı heç kəsi avtomobil ilə vurmadığını açıqlayıb:
“05.09.2021 tarixində idarə etdiyim avtomobilimi idarə edərkən bir gənc sanki bilərəkdən yolu keçir və qayıdıb qolunu mənim avtomobilimin yan güzgüsünə sürtdü. “Məni vurdunuz, pul verin gedim su alım” dedi. Dedim mən sizi vurmamışam. Avtomobilimdə isə su olduğundan dedim buyur. Məndə ağzı bağlı su var. Elə orada məni tanıdı. Dedi ki, siz Sabina xanımsız? Və beləcə orada sağollaşdıq, heç bir şey yoxdur deyib getdi”.
Bloger deyir ki, hər şey də elə bundan sonra başladı: “Bir də gördüm ki, instaqramda mənə mesaj yazıb və xəstəxanada olduğunu, qolunun isə əzildiyini deyir. Elə o vaxtdan da məhkəmə davam edir”.
S. Katanova qəzadan heç kəsin sığortalanmadığını, amma bu hadisədə şərləndiyini deyir:
“Allah eləməsin, mən kimisə avtomobillə vursaydım, əsla hadisə yerindən qaçmazdım. Əksinə ilkin yardımı elə özüm göstərərdim. Yayılan xəbərlərdə məni insanlara vicdansız biri kimi təqdim etdilər. İndi bu görüntüləri mən təqdim edirəm. Buyurun izləyin və özünüz qiymət verin”.