Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanın xilasediciləri dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxardı

Azərbaycanın xilasediciləri dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxardı Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.   "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil verilib.