Göyçayda kütləvi dava baş verib.
Dava dünən günorta saatlarında beş nəfərin iştirakı ilə baş verib. Belə ki, şəhər ərazisində Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Dava zamanı onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb: "Həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".