Türkiyədə dağıntılar altında qalan 4 tələbədən birinin nəşi tapılıb.
İTV xəbər verir ki, Şahin Verdiyevin təbii fəlakət nəticəsində ölməsi yaxınları tərəfindən təsdiqlənib.
Belə ki, Şahinin dayısı dağıntılar altından çıxarılan nəşin bacısı oğluna aid olduğunu bildirib.
Bundan başqa, dağıntılar altından Gündüz Nəzərzadənin əşyaları da tapılıb.
Qeyd edək ki, Şahindən əlavə, 9 gündür dağıntılar altında Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin də axtarışları aparılır.