Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Narkotiki Hövsanda 10 manata almışdım” - “Daqqılı”nın ifadəsi

“Narkotiki Hövsanda 10 manata almışdım” - “Daqqılı”nın ifadəsi

Narkotik vasitə istifadəsinə görə həbs edilən "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun ifadəsi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdamın Muğanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonunda yaşayan 31 yaşlı Z.Cəfərov ifadəsində narkotik maddəni 10 manata aldığını deyib: “1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığım şəxsdən 10 manata almışdım. İstifadəsində şübhəli bilindiyimdən müayinə üçün narkoloji dispanserə aparıldım və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməyim aşkar edildi. Törətdiyim əməldən peşmanam və bir daha belə hala yol verməyəcəyimə söz verirəm”.

 

Məhkəmə qərarına əlavə edilmiş ekspertiza rəyində eyni zamanda Z.Cəfərovun qanında tapılan maddənin adı da açıqlanıb.

Xətai Rayon Məhkəməsinin 20 fevral tarixli qərarı ilə Z.Cəfərova 15 sutka inzibati həbs cəzası verilib.