Bir müddət əvvəl “Rus dilində danışdığı üçün döyüldü” xəbəri ilə gündəm olan tanınmış bələdçi Riad Hüseynəliyevdən xəbər.
O, hüquqları indiyədək tapdandığı üçün ombudsman Səbinə Əliyevadan kömək istəyib:
“Mən 18 yaşlı gənc bələdçi rud dilində danışdığım üçün yaşadığım Ramana qəsəbəsində döyülmüşəm. Hadisə ötən ilin avqust ayında baş verib. Aldığım xəsarətlərin təsirindən 1 ay yemək yeməkdə çətinlik çəkmişəm və uzun müddət müalicə almışam. Hətta zədələrin təsirindən danışmaqda belə çətinlik çəkirdim. Bu gün isə mənim hüquqlarım tapdanmaqda davam edir. Sizdən mənə kömək etməyinizi xahiş edirəm”.