Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı Sirkində heyvanların aqressivləşməyinin SƏBƏBİ BİLİNDİ - VİDEO

Bakı Sirkində heyvanların aqressivləşməyinin SƏBƏBİ BİLİNDİ - VİDEO

Bu gün Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb. Belə ki, proqram zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva bildirib ki, hadisə tamaşaçının təhlükəsizlik qaydalarını pozmasına görə olub.

 

Onun sözlərinə görə, tamaşa zalında bir neçə tamaşaçı lazeri heyvanın üzərinə salıb:

 

"Təlim görən heyvanlar olduğu üçün hansısa artıq hərəkət, reaksiya onları narahat edir. Belə hal da həmin pələnglərin aqressivləşməsinə səbəb olub. Tamaşaçı təhlükəsizlik tədbirlərini pozub. Hətta təlimçi də qeyd edir ki, 20 ildir ki, onun göstərdiyi proqramlarda belə hadisə yaşanmayıb. Tamaşaçı lazeri dəfələrlə heyvanların üzərinə salıb. Buna görə sizin vasitənizlə demək istəyirik ki, tamaşaçılar salonda qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etsinlər".