Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-21015” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun aktiv koronavirus xəstəsi kimi portalda qeydiyyatda olduğunu müəyyən ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SHOWNEWS.AZ-a verilən məlumata görə, sürücü - Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək karantin rejimi qaydalarını kobud surətdə pozub. Həmin şəxs polislər tərəfindən tibbi prosedurlar da gözlənilməklə Oğuz rayonu Mollalı kəndində yaşadığı ünvana göndərilib.
B.Hacıyev barəsində Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.