Şəmkirdə 23 yaşlı oğlan bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, 2008-ci il təvəllüdlü, Şəmkir sakini O.T tanışı, 2000-ci il təvəllüdlü N.Bədəlova bıçaqla bir neçə dəfə vuraraq bədən xəsarətləri yetirib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl 15 yaşlı O.T və həmkəndlisi N.Bədəlov tiktokda canlı yayıma qoşulublar. Canlı yayım zamanı onların arasında mübahisə baş verib və bir-birini söyüblər. Daha sonra hər iki şəxs məhəllədə görüşüblər və 15 yaşlı oğlan tanışını bıçaqlayıb.
Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.