Biləsuvarda kütləvi dava olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Şahidlərin bildirdiyinə görə, bir nəfər şəxs dostları ilə birlikdə kafeyə gələrək yeyib-içən şəxslərə yaxınlaşıb. Onlara qarşı “mən buranın lotusuyam” ifadəsini işlədib. Bundan sonra iki qrup arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Şəxslər bir-birinə kafenin stulları ilə zərbələr endiriblər.
Dava zamanı iki nəfərin ağır xəsarət aldığı bildirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Qafqazinfo"ya bildirib ki, iki nəfərin xəsarət aldığı faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır: "Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Hadisənin görüntülərini təqdim edirik: