Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Yaşadığı problemlərə görə futbol karyerasını erkən başa vuran vinger bu dəfə “parkovşik”i vurub.
Bununla bağlı görüntülər TikTok-da yayılıb. Videoda A.Abdullayevin obyektlərin birinin qarşısında dayanan azyaşlıya “önümdən çəkil, bir də belə etsən, başını əzərəm” dediyini görmək mümkündür.
TikTokda canlı yayım edən azyaşlı isə “mən burda çörəyimi qazanıram” deyə ona cavab verir. Lakin futbolçu onu vurur.
“Neftçi” və “Qarabağ”da da oynamış yarımmüdafiəçinin bu hərəkəti sosial şəbəkələrdə etirazla qarşılanıb.
Qeyd edək ki, Araz Abdullayev 2013-cü ildə Nobel prospektində (indiki 8 noyabr prospekti) avtomobili ilə iki süpürgəçini vurmuşdu. Nəticədə onlardan biri həyatını itirmişdi.