Tərtərdə 20 yaşlı qız əri tərəfindən qətlə yetirilib.
Rayon prokurorluğundan SHOWNEWS-a verilən məlumata görə, bu gün saat 12 radələrində Tərtər rayon sakini 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutulub, istintaq davam edir.