Dünyaca məşhur alim Aleksandr Kaqanski dekabrın 20-də Sankt-Peterburqdakı 14 mərtəbəli binanın pəncərəsindən yıxılaraq ölüb.
SHOWNEWS.AZ Rusiya mətbuatına istinadla xəbər verir ki, yarıçılpaq şəkildə tapılan cəsəddə zorakılıq əlamətləri aşkarlanıb.
Məlumata görə, o, son aylarda koronavirusa qarşı peyvənd üzərində işləyirdi.
Qeyd edilir ki, Kaqanski İngiltərədən Rusiyaya gəlib və burada Edinburq Universitetində Sintetik Epigenetik Laboratoriyasının müdiri olaraq çalışıb.
Alim Sankt-Peterburqa isə valideynlərinin məzarını ziyarət etmək üçün gəlibmiş.
Qaldığı mənzildə bir zamanlar aralarında münaqişə olan sinif yoldaşı ilə görüşüb. Ehtimal edilir ki, ölümə səbəb köhnə ədavət olub.
Faktla bağlı araşdırma davam edir.
// Publika.az