Xəbər verdiyimiz kimi, Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülüb.
Xəbərçi.az qətlin şok təfərrüatlarını əldə edib. Adının açıqlanmasını istəməyən ailə üzvü qətlin tamah üstündə olduğunu bildirib:
"Ləmanın 40 min pulu olub. Bundan başqa yarı tikili ev və mağazası var idi. Hamısı şəhid olan yoldaşından qalıb. Bütün bunlara qaynıgilə verib ki, canından əl çəksinlər.
Daha sonra nazirlikdən şəhid xanımı olduğu üçün 20 baş qoyun verilib. Ləman ehtiyacının olmadığını bildirib. Onu ehtiyacı olana verilməsini təklif edib.
Gəlini isə pirə getmək adı ilə qayınatasının evinə çağırıblar. Orada onun qarşısına sənədlər qoyulub ki, bunlara imza at və 20 baş qoyunu götür bizə ver. İmza atmadığı üçün qayını Ləmana hücum edib. Evdə bütün ailə üzvləri olub - baldızı, qayınanası, qayınatası. Elə onların yanında Ləmanı boğaraq öldürüb".
Ləmanın cansız bədənini atası tapıb:
"Atası qızının evə gec gəldiyini gördüyü üçün yollanıb qudasının evinə. Elə orada qızını ölü halda görüb. Ləmanın atasını görən quda dərhal evdən qaçıb. Qaynı isə polisə təslim olub".
Qeyd edək ki, şəhidimizin 5 yaşlı oğlu olub.