Bakıda iki transseksualın xuliqanlıq əməlinə görə saxlanılmasından sonra onların buraxılmasını tələb edən şəxslər polis şöbəsinin qarşısında yığışıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
Əldə etdiyimiz məlumata görə, saxlanılan 7 nəfər də cinsi azlıq nümayəndələridir.
Qeyd edək ki, mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən hotellərin birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, hoteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər. Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.