Bakı-Qazax yolunun 30-cu kilometrində ötmə qaydasını pozan yük maşını zəncirvari qəzaya səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə magistral yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qəzaya səbəb hərəkətdə olan iki yük maşınından birinin ötmə qaydasını pozaraq idarətmədən çıxması olub.
Hadisə nəticəsində 13 avtomobilə ziyan dəyib, 3 nəfər xəsarət alıb.
Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.