Qeyd edək ki, cinayətkar şəbəkə bir çox "TikTok" fenomenləri ilə sövdələşmələr edib və milyonlarla pul qazanıblar. Onlar canlı yayım açan fenomenlərə yüz minlərlə dəyərində hədiyyə göndəriblər, daha sonra isə o pulun 80 faizini "fenomen"dən geri alıblar. Bundan sonra isə "Tiktok"a və banklara zəng edərək "Kartımdan xəbərim olmadan istifadə olunub" deyərək pullarının tam hissəsini də geri qaytarıblar və 2 qat qabağa düşüblər. Araşdırma nəticəsində cinayətkar şəbəkənin 4 mindən çox bank kartı ilə sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə köçürdüyü müəyyən edilib. Məhkəmə qərarı ilə 42 fenomenə aid 1700 bank hesabı, bütün virtual valyuta aktivləri, 32 mənzil, 1 villa, 9 torpaq sahəsi, 6 iş yeri, 38 lüks avtomobil, 14 şirkətin ortaqlıq payı müsadirə edilib.