Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“PUBG” 2020-ci ildə sahibinə 3 MİLYARD DOLLARA YAXIN PUL QAZANDIRIB

“PUBG” 2020-ci ildə sahibinə 3 MİLYARD DOLLARA YAXIN PUL QAZANDIRIB

Analitik firma Sensor Tower, 2020-ci ilin ən qazanclı mobil oyunlarına dair hesabat yayımlayıb.

SHOWNEWS.AZ bildirir ki, 2020-ci ilin ən qazanclı oyunu PUBG Mobile'dır.

Hesabatda Çin bazarı üçün hazırlanmış "Game for Peace" və beynəlxalq versiya yer alıb. Ümumilikdə isə mobil oyun, qurucularına 2,6 milyard dollar qazandırdı ki, bu da keçən ildəkindən 64% çoxdur.

İkinci yerdə 2,5 milyard dollar gəlirlə Honor of Kings, üçüncü sırada 1,2 milyard dollar gəlirlə Pokemon Go gəlir. 

Sürətli böyümə tempi pandemiya ilə əlaqədardır: insanlar evdə daha çox vaxt keçirir və ağıllı telefonlarında oyun oynayır, tətbiq içi alış-verişə daha çox xərcləyirlər. 

// Techland.az