Bu gün axşam saatlarında Qazax rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Çaylı kəndi ərazisində "Nissan" və "Ford" markalı avtomobillər toqquşub.
Nəticədə "Nissan"da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.
Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.
Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.