Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Səhər nişanlısına qurbanlıq aparıb, axşam faciəvi şəkildə ölüb

Səhər nişanlısına qurbanlıq aparıb, axşam faciəvi şəkildə ölüb

Xəbər verdiyimiz kimi, iyunun 29-da Daşkəsəndə 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyriçaydan keçən sel aparıb.

“Qafqazinfo”nun məlumatına görə, bədbəxt hadisə nəticəsində ölən 23 yaşlı gənc nişanlı olub.

Elgün hadisənin baş verdiyi gün ailəsi ilə birgə nişanlısıgilə qurbanlıq aparıb. Axşam isə örüşdən qoyunları gətirməyə gedib.

Bu zaman o, heyvanları çaydan çıxarmağa çalışıb. Bədbəxt hadisə də məhz bu vaxt baş verib. Heyvanlar çaydan çıxsa da, Təzəkənd sakini olan Elgünü sel aparıb. Onun meyiti qonşu kəndin ərazisində tapılıb.