Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Tiktok"da zəlzələ ilə bağlı yalan xəbərlər yayılır, inanmayın"

"Tiktok"da zəlzələ ilə bağlı yalan xəbərlər yayılır, inanmayın"

"Tiktok" sosial şəbəkəsində Azərbaycanda  zəlzələnin "6.5 və ya 7 bal gücündə olması", "çox sayda ölən və yaralıların olması" barədə insanları panikaya salan dezinformasiya xarakterli xəbərlər yayılır"

Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzve Hacıbəy Heydərli deyib. 

O bildirib ki, bunu edənlər Azərbaycanı sevməyən və ölkədə xaos yaratmaq istəyən qüvvələrdir: 

"Bunu yayanlar Azərbaycanı sevməyən ölkələrin xüsusi xidmət orqanlardır, Azərbaycanı sevməyən qüvvələrdir. Tanrı Azərbaycanımızı qorusun".

O həmçinin bildirib ki, yalnız rəsmi xəbərlərə istinad etmək lazımdır:

FHN-in ilkin məlumatəna əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat barədə FHN-ə məlumat daxil olmayıb.