Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Özünü öldürdüyü deyilən hərbçinin anası danışdı - “Kənanı öldürüblər”

Özünü öldürdüyü deyilən hərbçinin anası danışdı - “Kənanı öldürüblər”

Naxçıvanda müəmmalı şəkildə ölən hərbçi Kənan Bəkiyevin ailəsi övladlarının intihar etdiyinə inanmır.
Anası Turanə Bəkiyeva onun özünə qəsd edəcək qədər gücsüz insan olmadığını, ölümündən bir gün əvvəl evlə danışdığını, əhvalının kifayət qədər yüksək olduğunu bildirib.
Atası Seymur Bəkiyev də Kənanın çox həyatcanlı olduğunu bildirib.   “Mənim  övladım ali təhsilli, idmançı cüsssəli və kifayət qədər ağıllı övlad idi. O, heç bir çətinlikdə acizlik göstərməyib. Özünü öldürəcək qədər zəif gənc deyildi. Bu hadisə hərtərəfli araşdırılmalıdır. Mənim övladım həyatsevər idi. Xahiş edirəm balamın qanına bais olanlqr cəzalandırılsın. Bu yeganə təsəllimiz olacaq”.
Qeyd edək ki, Kənan Bəkiyev bu ilin aprel ayında hərbi xidmətə çağırılıb. Xidmət müddətini Naxçıvanın Culfa rayonunda yerləşən N saylı hərbi hissədə çəkirdi.