Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.
APA xəbər verir ki, Binə qəsəbəsində 2001-ci il təvəllüdlü Fuad Binyət oğlu Dadaşov aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Məlum olub ki, o xəstəxanaya ölü vəziyyətində gətirilib.
Anası həkimlərə bildirib ki, F.Dadaşov qızdırmaya qarşı dərman atıb.
Ona görə dünyasını dəyişib.
F.Dadaşov Binə qəsəbəsində bərbər kimi fəaliyyət göstərib.
Hazırda ölümün dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.