Bakıda idman-sağlamlıq mərkəzində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində 2020-ci il təvəllüdlü Gülay Məmmədli hovuzda boğulub. Nəzarətsiz qalan azyaşlı hovuza yıxılıb və boğularaq dünyasını dəyişib.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az saytı yayıb.