Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Taleh Qaraşovun qardaşı oğlu həbs olundu - RƏSMİ

Taleh Qaraşovun qardaşı oğlu həbs olundu - RƏSMİ

Xəbər verildiyi kimi iyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Rayon prokurorluğundan verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 2005-ci il təvəllüdlü Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Azay Qaraşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır.