Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda uşağı yalnış sünnət edib, cinsiyyət orqanını yandırdılar - İDDİA

Azərbaycanda uşağı yalnış sünnət edib, cinsiyyət orqanını yandırdılar - İDDİA

Azərbaycanda 8 yaşlı uşağı yalnış sünnət edib, cinsiyyət orqanını zədələdilər. 

Sonxeber.az xəbər verir ki, bununla bağlı uşağın yaxını sosial şəbəkədə məlumat verib. 

Uşağın atası M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib. Oradakı həkim Fuad Nəzərov M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxananın antsanitar olduğunu və əməliyyatın "Euromed" tibb mərkəzində olmasını məsləhət görüb. Fuad Nəzərov "Euromed" tibb mərkəzində uşağı lazerlə sünnət edir. Sünnət zamanı uşağın cinsiyyət orqanı ciddi zədələnib. Həkim bizə 8 ay sonra sağalacağını desə də, yara daha da pisləşib. Sonra o, məsuliyyəti üzərindən atmaq üçün ailəni başqa həkimə yönəldib. Uşağın dodağından dəri götürüb cinsiyyət orqanını bərpa etməyə çalışsalar da mümkün olmayıb. 

Uşağı pis vəziyyətə salan həkim indi yaxına durmur. Bu günə qədər də heç bir maddi kömək etməyik. Əksinə məsuliyyəti üstündən ataraq ailə ilə kobud danışır. 3 il əvvəl uşağın anası vəfat edib. Hazırda oğlum da, mən də stress yaşayırıq. Müvafiq orqanlardan bizə yardım göstərilməsini istəyirik.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.