Xətai rayonu Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı 1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu "Toyota Prius” markalı avtomobil vurub. Mehdiyeva aldığı xəsarətlər nəticəsində bütün tibbi müdaxilələrə baxmayaraq xəstəxanada vəfat edib.
Xatırladaq ki, həmin qadın 7 aylıq hamilə olub, hadisə nəticəsində o, övladını itirib sonra isə özü ölüb.