Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Mütəllimovun törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib.
Oxu.Az-ın məlumatına görə, ölən şəxs Ruslan Məmmədovdur.
Mərhumun Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu olduğu bildirilir.
Qeyd edək ki, bloqer Nicat Mütəllimov tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğludur.