Bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.
SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, dənizdə batan şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir.
S. Filiz 2 yaş yarım qız övladını xilas etmək istəyərkən faciə yaşanıb. Uşağı xilas etdikdən sonra özü yoxa çıxıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə əsasən, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) olub.